Baş xəbər

26 iyun – Silahlı Qüvvələr Günüdür

Bugün.tv xəbər verir ki, Müdafiə Nazirliyi 26 iyun münasibəti ilə kütləvi informasiya vasitələrinin nümayəndələrinin Azərbaycan Ordusunun qoşun növlərinə, nazirliyin idarə və xidmət, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinə media-turları təşkil edilib.

Media-turlar çərçivəsində KİV nümayəndələri şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də sosial-məişət şəraiti və maddi-texniki təminatı ilə yaxından tanış olublar.

Media nümayəndələri azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə, eləcə də Azərbaycan Ordusunun dövlət sərhədində yerləşən döyüş mövqelərində olublar, burada xidmət edən hərbi qulluqçularla görüşüblər.

Hərbi qulluqçularımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində yaradılan şəraitdən məmnunluq ifadə ediblər, Azərbaycan Ordusuna xidmət etməkdən qürur duyduqlarını bildiriblər.

Bugün.tv olaraq əsası 1918-ci ildən yaranan Milli Ordumuzu təbrik edirik.

Aynur Camal

Oxşar xəbərlər

Fırıldaqçılıq əməliyyatı oldu: 15 nəfər nəzarətə alındı

Bugün TV

“Vətən deyəndə” adlı şeir müsabiqəsi keçirildi

İntizar Əmirova

İsraildə etrirazlar şiddətləndi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu