Baş xəbərSiyasət

Ukrayna Şimali Koreya ilə diplomatik münasibətləri kəsib.

Ukraynanın Donetsk və Luqansk vilayətlərində müvəqqəti işğal olunmuş ərazilərin qondarma “müstəqilliyini” tanıdığı üçün Ukrayna Şimali Koreya ilə diplomatik münasibətləri kəsib.

Ukraynanın Donetsk və Luqansk vilayətlərində müvəqqəti işğal olunmuş ərazilərin qondarma “müstəqilliyini” tanıdığı üçün Ukrayna Şimali Koreya ilə diplomatik münasibətləri kəsib.

Ukrayna Xarici İşlər Nazirliyi  saytında dərc edilən bəyanatda Şimali Koreyanın bu addımını kəskin şəkildə pisləyib.

“Biz bu qərarı Pxenyanın Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək cəhdi, Ukrayna Konstitusiyasının, BMT Nizamnaməsinin və beynəlxalq hüququn fundamental norma və prinsiplərinin kobud şəkildə pozulması kimi qiymətləndiririk”, – bəyanatda deyilir.

“Bu cür qeyri-dost hərəkətə cavab olaraq, Ukrayna Koreya Xalq Demokratik Respublikası ilə diplomatik münasibətləri kəsdiyini elan edir. KXDR ilə siyasi və iqtisadi əlaqələr bu ölkəyə qarşı tətbiq edilən beynəlxalq sanksiyalara görə dayandırılıb”, – məlumatda deyilir.

Bugün.tv

Bugün TV

Oxşar xəbərlər

Deputat Ceyhun Məmmədov: Milli maraqlar şəxsi ambisiyalara qurban verilməməlidir

Aynur Camal

Antiperspirantlarla bağlı şok iddialar: Döş xərçəngi və Alzheimer xəstəliyinə səbəb olur!

Elnarə Dərziyeva

Ruhlar həqiqətən mövcuddur? Son elmi araşdırmalar nə göstərir?

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu