Baş xəbərDünya

“Azərbaycan-İtaliya əlaqələri tarixi köklərə, strateji tərəfdaşlığa və dostluğa söykənir” – RƏY

“Azərbaycan-İtaliya əlaqələri tarixi köklərə, qarşılıqlı etimada əsaslanan münasibətlərə, ortaq maraqlara, strateji tərəfdaşlığa və dostluğa söykənir”.

Bugün.tv “Report”a istinadən bildirir ki, bunu Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Azər Kərimli deyib.

O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin İtaliyaya işgüzar səfəri, bu səfər çərçivəsində Romada Azərbaycan səfirliyinin yeni binasının açılışı, İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasimi, keçirilən ən yüksək səviyyəli görüşlər qarşılıqlı münasibətlərin bütün istiqamətlərdə müsbət dinamika ilə inkişaf etdiyini göstərir:

“Məlum olduğu kimi, İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. 2021-ci ildə Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi 9,6 milyard, bu ilin yeddi ayında isə 11 milyard dollara çatıb. Bütün bunlar kifayət qədər yüksək göstərici olmaqla yanaşı, eyni zamanda qarşılıqlı münasibətlərin inkişaf perspektivlərini nümayiş etdirir.

Torpaqlarımız işğal altında olan zaman İtaliya Azərbaycanın ərazi bütövlüyü ilə bağlı prinsipial mövqe sərgiləyən, rəşadətli, müzəffər Ordumuzun qələbəsindən sonra ölkəmizi təbrik edən bir dövlətdir və Azərbaycanın strateji tərəfdaşı kimi azad olunmuş ərazilərimizdə həyata keçirilən quruculuq prosesində də fəal iştirak edir.

Əminəm ki, Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri, dövlət başçısının qeyd etdiyi kimi qarşılıqlı əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcına çevriləcək. İtaliyadakı səfirliyimizin cənab Prezidentin iştirakı ilə açılışı baş tutan yeni binasında Azərbaycan Mədəniyyəti Mərkəzinin fəaliyyətə başlaması, təhsil sahəsində qarşılıqlı əlaqələrin inkişafı ilə bağlı atılan addımlar da bu prosesin tərkib hissəsi kimi mühüm əhəmiyyət kəsb edir”.

Aynur Camal

Oxşar xəbərlər

“Bu bizim dostluğumuzun simvoludur” – VİDEO

Aynur Camal

“Tik-Tok”-da özünü usta kimi təqdim edərək insanları aldadan qadın saxlanıldı  

Kəmalə Sultan

İsrailin narahatlığı günü-gündən artır! İctimaiyyətə xəbərdarlıq edilib, sığınacaqlar hazırdır

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu