Baş xəbərİqtisadiyyat

Bolqarıstan ilin sonunadək Azərbaycandan 440 milyon kubmetr təbii qaz alacaq

2022-ci ilin iyul-dekabr aylarında Bolqarıstan Azərbaycandan təqribən 440 milyon kubmetr təbii qaz alacaq.

Bugün.tv. Türkiyənin “Star” qəzetinə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov bildirib.

Səfir xatırladıb ki, Azərbaycandan Bolqarıstana illik 1 milyard kubmetr təbii qazın tədarükü üçün müqavilə imzalanıb. 31 dekabr 2020-ci il tarixindən etibarən Azərbaycan təbii qazı alternativ marşrutla “Nea Mesemvria” (Yunanıstan-red) vasitəsilə Bolqarıstana çatdırılıb.

Azərbaycandan təbii qazın tədarükü ilə bağlı müqavilənin şərtlərində qazın Yunanıstanın Komotini şəhərindən Bolqarıstanın Stara Zaqora şəhərinə çatdırılması nəzərdə tutulur. Boru xəttinin inşasındakı yubanmalara görə “Bulgargaz” təchizatçı şirkətlə 2020-ci ildə danışıqlar aparıb. Nəticədə alternativ marşrut üzrə müvəqqəti tədarük üçün kompromis həlli əldə edilib. IGB (Yunanıstan-Bolqarıstan İnterkorrektoru) qaz kəmərinin istismara verilməsindən dərhal sonra, Bolqarıstan Azərbaycandan qazı Komotini məntəqəsi vasitəsilə almağa başlayacaq və oradan qazın tam həcmi razılaşdırılmış qiymətə çatdırılacaq.

İki ölkə arasında aparılan son danışıqlar nəticəsində 2022-ci il iyulun 1-dən Bolqarıstana sutkada təxminən 2,6 milyon kubmetr neft ixrac edilib.

“Bulgargaz” Bolqarıstanı əlavə qaz həcmləri ilə təmin etmək üçün Azərbaycandan tədarük edən şirkətlə tədarükün müəyyən texniki və kommersiya aspektlərini razılaşdırmalıdır.

Aynur Camal

Oxşar xəbərlər

Tanınmış aparıcının qızı Tekirdağ Namiq Kamal Universitetinə qəbul oldu

Kəmalə Sultan

Paytaxtda qətl törədildi

Teymur Əziz

Yapon pulu YEN bir gecədə 34 ilin ən aşağı səviyyəsinə düşdü!

Könül Kərimova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu