Siyasət

Conson dünyadakı “yorğunluq təhlükəsini” Ukrayna mövzusunda gördü

“Ukrayna böhranından yorğunluq təhlükəsinə baxmayaraq, bu ölkəni dəstəkləməkdə davam etmək lazımdır.”  Bunu  Böyük Britaniyanın baş naziri Boris Conson Süddeutsche Zeitung qəzetinə müsahibəsində deyib.

“Dünyada Ukrayna münaqişəsindən yorğunluq təhlükəsi var. Artan enerji və ərzaq qiymətləri, inflyasiyanın artması – bütün bunlar insanlara  təsir edir “deyə B.Conson bildirib.

Amma eyni zamanda Conson vurğulayıb ki, Qərb Ukraynaya kömək etməkdə davam edəcək.

O qeyd edib ki, Londonun  Kiyevin yanında olduğunu göstərmək və Ukraynaya ölkənin ehtiyac duyduğu strateji dayanıqlılığı təmin etmək çox vacibdir.

Danışıqlar zamanı o,  Ukrayna qüvvələri üçün hər 120 gündə 10 minə qədər əsgərin hazırlanması  təlim proqramına başlamağı təklif edib.

Bugün.tv

Bugün TV

Oxşar xəbərlər

6 bank və 6 tankerə yeni sanksiyalar

Aynur Camal

Rusiyada benzin qıtlığı və qiymət artımı davam edir

Aynur Camal

ABŞ, Pentaqon Rusiya və Çinə nüvə planı hazırladığı üçün İrana zərbələri dayandırır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu