15 C
Baku
29 Mart 2024, 17:00
Baş xəbərSosial

Göyçay sakini şəxsi torpağından istifadə edə bilmir

Bugün.tv-yə yə Göyçay rayonundan şikayət daxil olub. Şikayətçi Piriyev Seymur Ənsər oğlu Göyçayın Qarabağlar kənd sakinidir. Onun sözlərinə görə qanunla, sənədli əmlak payı var. Lakin həmin torpaqdan istifadə edə bilmir. “Çünki həmin əraziyə gedən yol yoxdu. Torpaq sahəsində əkdiyim hər şey batır. Təsərrüfatı becərə bilmirəm, tələf olub gedir”.

Seymur Piriyevin pay torpağına birbaşa gedişi yoxdu. Buna görə də qonşuların bağından keçməli olur.

“54 sot torpağım var. Ancaq yol probleminə görə istifadə edə bilmirəm. Çəkdiyim əziyyətlər hədər olur”.

Şikayətçi iddia edir ki, əsas yolu kəndin bələdiyyəsi Vəliyev Bəhman Dədəqulu oğlu zəbt etdiyindən onunu ailəsinə maddi və mənəvi ziyan dəyir. Bununla yanaş digər ərazi sahibləri də S.Piriyevin gediş-gəlişinə mane olurlar.

Dəfələrlə özü və şəkər xəstəsi olan vaildeyni Göyçay rayon icra başçısına, səlahiyyətli şəxslərə və yerli icra nümayəndəliyinə müraciətlər etsələr də, problem öz həllini tapmayıb.

“Bir dəfə müraciət etdiyimiz zaman anamın əsəbindən ürəyi getdi. Təcili yardım vasitəsilə xəstəxanaya aparmalı olduq. Zorla həyata qaytara bildik”.

Seymur Piriyevin şikayəti ilə bağlı Göyçay rayon Qarabağlar kəndinin icra nümayəndəsi ilə əlaqə yaratdıq. Sözügedən qurumdan Bugün tv-yə bildirdilər ki, pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi üzrə islahatlar gedir, qanun təsdiqini tapan kimi S.Piriyevin müraciətinə yenidən baxılacaq.

 

 

Aynur Camal

Oxşar xəbərlər

İran silah embarqosunu qüvvədə saxlayan 3 Avropa ölkəsinə belə reaksiya verdi

Bugün TV

Narkotik yetişdirən şəxslər saxlanıldı

Elnarə Dərziyeva

Bakıda bələdiyyə binası yanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu