Baş xəbərDigər

Məktəb direktoru vəzifəsinə qəbul üzrə müsabiqə başlayır

Bu gündən ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinə başlanılır.

Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Belə ki, şagird sayı 500 nəfərdən çox və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbul prosesinin elektron sənəd qəbulu mərhələsinə start verilir. Proses nazirlik tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı vasitəsilə müsabiqə yolu ilə həyata keçiriləcək. Direktor olmaq istəyən şəxslər avqustun 16-dək www.miq.edu.az/direktorlar linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.

“Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul qaydaları”na əsasən, müsabiqə yazılı imtahan və müsahibə mərhələlərindən ibarət olacaq. Müsabiqənin yazılı imtahan mərhələsi test imtahanı və yazı işindən ibarətdir. Test imtahanında namizədlərə pedaqogika və metodika üzrə 20 sual, tənqidi oxu bacarığı, təhsil və idarəetmə üzrə qanunvericilik, liderlik və menecment, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 60 test tapşırığı təqdim ediləcək. Təqdim olunan sualların yarısını düzgün cavablandıran namizədlərə yazı işi üzrə esse mövzuları təqdim olunacaq. Namizədin seçdiyi esse mövzuları üzrə mümkün 10 baldan yarısını toplayanlar müsahibə mərhələsinə buraxılacaqlar.

2021-ci ildə keçirilmiş direktorların işə qəbulu üzrə müsabiqədə keçid balı toplamış və müsahibə mərhələsinə dəvət olunmamış şəxslər birbaşa esse mərhələsində iştirak etmək imkanı qazanacaqlar. Həmin şəxslər yenidən test imtahanı mərhələsində iştirak etdikləri halda ötənilki müsabiqə nəticəsi qüvvədən düşəcək.

Test imtahanından əvvəl bölmələr üzrə nümunə test tapşırıqları paylaşılacaq.

Aynur Camal

Oxşar xəbərlər

BSU-da mediatur keçirilib-FOTOLAR

Nigar Məmmədova

Bakı metrosunda şok “qarşıma çıxsa baltalayacam”(video)

Bugün TV

Oynaq ağrılarının səbəbləri və əlamətləri hansılardır?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu