Baş xəbər

Polis minaya düşüb

Bugün.tv Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 26-sı saat 21.00-da Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı 1989-cu il təvəllüdlü İlham Salmanov xidmətdən kənar vaxtda Füzuli rayonun işğaldan azad edilmiş Aşağı Seyidəhmədli kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət almış polis serjantı İlham Salmanov xəstəxanaya yerləşdirilmiş, hazırda vəziyyəti qənaətbəxşdir.

Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.

Aynur Camal

Oxşar xəbərlər

FIFA Dünya Kuboku 2026-nın açılış günündə pulsuz oyun təqdim edəcək

Aynur Camal

Vüqar Bayramov: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərini yeni mərhələyə yüksəldib

Aynur Camal

Məhəmməd Əsədullazadə: Rusiyanın Ermənistan siyasəti keçmişdə ilişib qalıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu