Dünya

Qırğızıstan-Tacikistan sərhəddində atışma baş verib

 Qırğızıstan və Tacikistan sərhədçiləri arasında yenidən atışma baş verib.

Bugün.tv  “TASS”a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

 “2022-ci il iyunun 14-də Qırğızıstan-     Tacikistan dövlət sərhədində iki ölkənin sərhədçiləri arasında atışma baş verib. Ölən və yaralananlar barədə hələ ki, məlumat yoxdur” – qeyd edilir.

Qeyd edək ki, Tacikistan Xarici İşlər Nazirliyi   Qırğızıstanı iyunun 3-də sərhəddə baş vermiş təxribatda ittiham etmişdi.

Nazirliyin məlumatına görə, sərhədçilər arasında insidentə səbəb Qırğızıstan hərbçilərinin Tacikistan ərazisinə qanunsuz daxil olması olub.

Şərh yazın