Bugün.tv xəbər verir ki, Rusiyanın BMT-deki daimi nümayəndəliyinin müşaviri , diplomat Boris Bondarev istefa verib. O, xarici həmkarlarına Rusiya prezidenti Vladimir Putinin Ukraynada başlatdığı “təcavüz müharibəsini” tənqid edən məktub göndərib. Rusiyalı müşavir “Reuters” xəbər agentliyinə deyib: “Bazar ertəsi səhər oldu , istefa ərizəmi göndərdim və getdim”.
Cenevrədəki bir sıra diplomatik nümayəndəliklərə paylanmış bəyanatda o, Ukraynanın işğalını pisləyib və Rusiya Xarici İşlər Nazirliyini tənqid atəşinə tutub. “İyirmi illik diplomatik karyeram ərzində mən xarici siyasətimizdə müxtəlif dönüşlər görmüşəm, lakin bu il fevralın 24-də ilk dəfə ölkəmə görə utandım”, – deyə Bondarev BMT Watch qrupa yaydığı bəyanatda bildirib.
əvvəlki yazı
növbəti yazı
Oxşar xəbərlər
- Şərhlər
- Facebook şərhləri