Baş xəbərSiyasət

Texasda yük maşınında 46 ölü miqrant tapıldı

Bazar ertəsi Texas ştatının San Antonio şəhərində yük maşınının içərisində 46 ölü miqrantın cəsədi tapılıb. Şəhər rəsmiləri  bildiriblər ki, bu hadisə ABŞ-Meksika xəttində insan qaçaqmalçılığı ilə bağlı ən dəhşətli hadisələrdəndir.

San Antonio yanğınsöndürmə idarəsinin rəsmisi, şəhərin cənub kənarındakı ucqar bir ərazidə qatar relslərinin yanında tapılan yük maşınında “cəsəd qalaqları” və heç bir su izi tapmadıqlarını söyləyib.

Bildirilir ki, qoşquda tapılan daha 16 nəfər, o cümlədən dörd azyaşlı  isti vurması və qida çatışmazlığı ilə xəstəxanalara aparılıb, lakin ölənlər arasında uşaq olmayıb.

San Antonio yanğınsöndürmə rəisi Çarlz Hud mətbuat konfransında deyib: ” Xəstələr istilik vurması və yorğunluqdan əziyyət çəkirdilər”. Yük maşınında  kondisioner  olmayıb.”

Bugün.tv

Bugün TV

Oxşar xəbərlər

Rusiya Dövlət Duması İlham Əliyevin Bakıdakı görüş açıqlamasını şərh etdi

Aynur Camal

Tramp administrasiyası Ukrayna üçün ayrılan 400 milyon dolları dondurdu

Aynur Camal

WSJ: Tramp Səudiyyə Ərəbistanı ilə 30 illik nüvə sazişini təsdiqlədi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu