15 C
Baku
29 Mart 2024, 16:59
Müsahibə

Türk dünyasının dəyərlərini birləşdirən Azərbaycan evi-video

Arzuman Azaflı və Gülçöhrə Sunqur Türkiyədə fəaliyyət göstərən Azərbaycan evinin qurucularıdır.

Bugün.tv-nin xüsusi müxbiri Mehriban Bəylərqızı onlarla həmsöhbət olub. Arzuman Azaflı 1992-ci ildə Azərbaycandan  qardaş ölkəyə  gedən ilk tələbələrdəndir. O, İstanbul universitetini bitirib. Hazırda isə Ankarada vəkillik fəaliyyəti ilə məşğuldur. Arzuman Azaflı və Gülçöhrə Sanqu Türk dünyası,  xüsusilə Azərbaycan üçün bir sıra mühüm işlərə imza atıblar.
Onların açdığı Türk dünyası evinin tərkibində Azərbaycan evi fəaliyyət göstərir. Azərbaycan evində musiqi kursları, rəsm sərgiləri, kitabxanalar, Azərbaycan mətbəxinin təqdimatı, bir sözlə  ölkəmizin mədəniyyətini nümayiş etdirən bir sıra sahələr fəaliyyət göstərir. Arzuman bəy deyir:   “Hər ayın ilk cümə günü burda Azərbaycan günləri düzənliyirik. Belə günlərdə iştirak edən azərbaycanlı və türklər arasında möhkəm əlaqə və fikir mübadiləsi yaranır.

Həmçinin dərnəyimizin fəaliyyət istiqamətlərindən biri ehtiyac sahibi tələbələrə burs verməkdir”.
Gülçöhrə Sanqu öz növbəsində  qeyd edir ki,  Azərbaycan evi olaraq onların təsis etdiyi dərnəkdə  professional Azərbaycan xalq rəqslər öyrədilir. Gənclərimizi mədəniyyətimizi öyrənməyə  və təbliğ etməyə dəvət edirik. Burda iki qardaş ölkənin   gənclərinin dostluq mübasibətləri uşaq yaşlarından başlayır. Biz onların  həyatlarını sağlam düşüncə və mənəvi dəyərlər üzərində qurmaqlarını istəyirik. Mənəvi dəyərlərimizə sahib çıxmaq və onları qorumaq məcburiyyətindəyik. Bu baxımdan  türk dünyası ilə bağlı layihələri olan vətəndaşlarımız bunu dərnəyimizdə gerçəkləşdirə bilərlər.


Sonda Arzuman bəy  tezliklə Azərbaycan və  türk məktəbləri ilə birgə layihələrə imza  atacaqlarını da bildirdi.

Biz də, Bugün.tv ailəsi olaraq “bir millət iki dövlət” prinsipinə sadiq qalan həmvətənlərimizə işlərində uğurlar arzulayırıq.

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

Gənclər Təşkilatının sədri ASAN Xidmətə görə ölkə başçısına təşəkkür etdi

Şükufə Ramizqızı

Tural İsmayılov: “Ermənistan ancaq çətin məqamlarda Rusiyaya sığınır”

Nigar Məmmədova

Naqif Həmzəyev: “Polislə vətəndaş arasında yaşanan bu insident mental dəyərlərimizə ziddir”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu