26 C
Baku
22 Sentyabr 2026, 18:29
Siyasət

Türkiyə və Rusiya rəsmiləri danışıqlar masasında

Rusiya xarici işlər naziri Sergey Lavrov taxıl böhranı, Suriyadakı son vəziyyət və Ukrayna müharibəsini müzakirə etmək üçün Türkiyəyə gəlib.
Bu barədə Bugün.tv Türkiyə mətbuatına istinadən məlumat verir. Xarici işlər naziri Mövlud Çavuşoğlu və rusiyalı həmkarı Sergey Lavrov ikitərəfli görüşlərdən sonra kameralar qarşısına keçərək mühüm açıqlamalar verib.

“Müharibədə 3,5 ayı geridə qoyduq və müharibənin verdiyi insan itkilərinin getdikcə artdığını görəndə təəssüflənirik. Türkiyənin müharibə başlayandan bəri nümayiş etdirdiyi prinsipial münasibəti hər kəs bilir. Biz müharibəni bitirmək üçün çox çalışmışıq və bunu davam etdiririk”-M.Çavuşoğlu vurğulayıb.

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

Vüqar Bayramov: “Avropa Parlamentindəki korrupsiya qalmaqalı ikili standartlarla bağlı suallar yaradır”

Aynur Camal

Neftin qiyməti ABŞ ehtiyatlarının artması fonunda ucuzlaşdı

Aynur Camal

Vüqar Bayramov: Ermənistanın revanşist qüvvələri dəstəkləməsi sülh gündəliyinə sadiqliyinə şübhə yaradır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu