Baş xəbərSiyasət

Türkiyə-İsrail münasibətləri səfirlərin təyin olunmasından sonra yeni təkan alacaq

Bugün.tv Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  səfirlərin təyin olunmasından sonra Türkiyə ilə İsrail arasında münasibətlərin “yeni təkan” alacağını bildirib.

Türkiyə Rabitə Qurumunun məlumatına görə, Ərdoğan və israilli həmkarı İsaak Hersoq telefonla ikitərəfli münasibətləri və regional məsələləri müzakirə ediblər.

Söhbət zamanı Ərdoğan deyib ki, o, səfirlərin qarşılıqlı təyinatı ilə bağlı qərarı Türkiyə-İsrail münasibətlərinin müsbət inkişafı istiqamətində “vacib addım” hesab edir.

Ərdoğan Herzoqa bildirib ki, Türkiyə qarşılıqlı hisslərə hörmət əsasında əməkdaşlıq və dialoqun inkişafının tərəfdarıdır.

Bu həftənin əvvəlində Türkiyə və İsrail dörd ildən artıq müddətdə diplomatik münasibətləri tam bərpa etmək və səfirləri yenidən təyin etmək qərarına gəliblər.

Bugün TV

Oxşar xəbərlər

Putin: Bütün əzablara baxmayaraq, mən hesab edirəm ki, biz mülki əhali haqqında da düşünməliyik

Bugün TV

ABŞ Çindən idxal olunan mallara tarifləri artıra bilər

İntizar Əmirova

Zəncirvari qəza baş verdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu