Siyasət

ABŞ Zaporojye AES ətrafında yaranmış vəziyyətdən narahatdır

ABŞ Zaporojye AES ətrafında yaranmış vəziyyətdən çox narahatdır. Bu barədə Bugün.tv  xarici KİV-ə istinadən xəbər verir.

Dövlət Departamentinin sözcüsü Ned Prays Beynəlxalq Atom Enerjisi Agentliyini (MAQATE) Zaporojye atom elektrik stansiyasına çıxışı təmin etməyə çağırıb.

“Beynəlxalq Atom Enerjisi Agentliyi mümkün qədər tez ZNPP-yə çıxış əldə etməlidir”, – sözçü bildirib.

Ötən həftə MAQATE-nin rəhbəri Rafael Qrossi Rusiya və Ukraynanı agentliyin Zaporojye AES-ə missiyasına mümkün qədər tez icazə verməyə çağırıb, həmçinin ona rəhbərlik etməyə hazır olduqlarını bəyan edib.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, MAQATE missiyasının Ukrayna ərazisindən keçməklə Zaporojye AES-ə səfəri üçün heç bir maneə yoxdur.

Bugün TV

Oxşar xəbərlər

“Rusiya-Ukrayna müharibəsinin hərbi həlli yoxdur”

Aynur Camal

BMT Sudanla bağlı təcili atəşkəs çağırışı etdi

Aynur Camal

Məhəmməd Əsədullazadə: İran Azərbaycana nümayiş etdirdiyi davranışın cavabını almalıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu