Digər

“Whatsapp” da yeni funksiya

whatsaapp

“Whatsapp”ın gələcək yenilənməsində istifadəçilər özlərinin onlayn(aktiv) olduqları barədə məlumatı gizlədə biləcəklər.

Bugun tv ANEWS -a istinadən xəbər verir ki , Bu məlumatın hamıdan və ya yalnız müəyyən şəxslərdən gizlədilməsi mümkün olacaq.

Məsələn, istifadəçi hazırda onlayn olduğunu yalnız kontaklar siyahısındakı şəxslərdən və ya bütün “Whatsapp” istifadəçilərindən gizlədə biləcək.

Hazırda istifadəçilər mesencerdə sonuncu dəfə aktiv olduqları barədə məlumatı gizlədə bilərlər, lakin onlayn olduqlarını göstərən məlumatın gizlədilməsi isə hələ ki, mümkün deyil.

Müvafiq funksiyanın Android, iOS və fərdi kompüterlər üçün mesencerin beta versiyasında tətbiq ediləcəyi planlaşdırılır.

Könül Kərimova

Oxşar xəbərlər

Nizə zərbəsi ilə öldürülmüş neandertalın qalıqları aşkarlandı

Aynur Camal

Hazır qidalar beyində gizli zədələnmə riskinin artması ilə əlaqələndirilib

Aynur Camal

Tramp Kanadanın ABŞ-nin 51-ci ştatı olacağını yenidən iddia etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu