“ Mənzillərmizdə qorxa qorxa yaşayırıq” – bu sözləri Qaradağ rayonu Müşviqabad qəsəbəsində yerləşən 1 saylı yataqxanan sakinləri deyir.
Bugun TV-ə müsahibə verən şikayətçilər bildirib ki, bina ciddi təhlükə altındadır. Hər an uça bilər. Antisanitariya vəziyyət isə problemi daha da dözülməz edir. Çəkiliş zamanı məlum oldu ki, binada heç qaz xətti də yoxdu. Məsələ ilə bağlı Qaradağ rayon Mənzil Təsərrüfat Birliyi ilə əlaqə saxladıq. Birliyin rəisi Namizəd İsmayılovun sözlərinə görə, yataqxanadakı vəziyyətdən xəbərdardırlar və əlaqədar qurumlara məlumat verilib. Binanın təmirə ciddi ehtiyacı var və təmir olunacaq.
Vaxtı, zamanı isə hələki bəlli deyil. Odur ki, mövzuya yenidən qayıdacağıq.