SəhiyyəSosial

Səhiyyə Nazirliyi xəbərdarlıq edir

Çimərlik mövsümünə hazırlıqla əlaqədar Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər İnteqrasiya edilmiş Ekoloji Monitorinq (KTMM) Departamenti Bakı və Sumqayıt çimərliklərində monitorinq keçirib.

Bugün.tv bildirir ki, monitorinqlərin nəticələrinə əsasən, Mərdəkan, Şüvəlan, Novxana, Buzovna, Zaqulba, Nardaran çimərliklərində suyun fiziki-kimyəvi və bakterioloji göstəriciləri normaldır.

Şıxovo (Səbail rayonu) və Sahil (Qaradağ rayonu) çimərliklərinin sanitar mühafizə zonalarında dənizin kanalizasiya suları ilə intensiv çirklənməsi halları hələ də davam etdiyindən bu çimərliklərin sularında mikrobioloji çirklənmə göstəriciləri normadan artıqdır.

Həmçinin Hövsan (Suraxanı rayonu) və Türkan (Xəzər rayonu) çimərliklərində su mikrobioloji çirklənmə göstəricilərinin tələblərinə cavab vermir.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Şıxovo, Sahil çimərlikləri, Hövsan, Türkan, Pirşağı çimərlikləri və Sumqayıt şəhər çimərliklərinin ərazisində qeyri-qanuni çimərlik zonalarının çimərlik kimi istifadəsinə müvəqqəti qadağa qoyulması ilə bağlı müvafiq qərarları qüvvədə qalır.

Bugün TV

Oxşar xəbərlər

İnsanların 99 faizinin qanında “sonsuz kimyəvi maddələr” var

Aynur Camal

Yapon professorun 6 məşqi gündə 10 min addımı əvəz edir

Aynur Camal

Alimlər hər gün fərqli saatda oyanmağın niyə təhlükəli olduğunu açıqlayıblar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu