4 C
Baku
15 Yanvar 2026, 3:44
Digər

Qanunsuz benzin satan obyekt bağlandı

benzin

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir.

Bugun.tv Yenicag -a istinadən xəbər verir ki , Oğuz rayonunun Xaçmaz kəndində “Yuxarı bazar yeri” adlanan ərazidə Xaçmaz kənd sakini Xəlilov Adil Gülməmməd oğlu tərəfindən yüksək gərginlikli hava elektrik xətlərinin altında və orta təzyiqli qaz xəttinin yaxınlığında neft məhsullarının qanunsuz satışı ilə məşğul olması barədə Dövlət Yanğın Nəzarəti Xidmətinə məlumat daxil olub.

Məlumatla əlaqədar Xidmətin mütəxəssisləri tərəfindən əraziyə baxış zamanı vətəndaşın həqiqətən də yüksək gərginlikli hava elektrik xətlərinin altında, orta təzyiqli qaz xəttinin, fərdi yaşayış evləri və meşə massivinin bilavasitə yaxınlığında müxtəlif neft məhsullarının (benzin, ağ neft, sürtgü yağı və s.) qeyri-qanuni satışını həyata keçirdiyi və yanğın təhlükəsizliyi sahəsində çoxsaylı və ciddi qayda pozuntularının mövcud olduğu öz təsdiqini tapıb.

Qeyd olunanlar nəzərə alınaraq, yanğın təhlükəsizliyi sahəsində çoxsaylı qayda pozuntuları səbəbindən insan həyatı və sağlamlığına birbaşa təhlükə yaratdığı üçün Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən göstərilən obyektin istismarı dayandırılıb və hazırda faktla bağlı araşdırma aparılır.

Könül Kərimova

Oxşar xəbərlər

İranda siyasi-iqtisadi böhran dərinləşir..

Aynur Camal

Qonşuda böyük xaos, İranda Livanlaşma siqnalları!!!

Aynur Camal

Gəminin batması nəticəsində minlərlə insan dənizdə itdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu