25 C
Baku
27 İyul 2024, 4:41
DigərSiyasət

Aİ Ukraynadakı müharibə zamanı mülki təyyarələrin təsadüfi vurulması riski barədə bildirib.

Bugün.tv Reuters agentlitinə istinadən xəbər verir ki, Avropa İttifaqının aviasiya təhlükəsizliyi tənzimləyicisi (EASA) cümə axşamı Ukraynadakı müharibə ilə əlaqədar mülki təyyarələrə təsadüfi hücumlar, eləcə də kiberhücum riskinin artması barədə xəbərdarlıq edib.
“ Bildiyimiz kimi döyüş arenalarında səhv etmək asandır. Bu risk bütün döyüşlər üçün ümumidir. Əgər naviqasiya və ya avadanlıqlığın elektron vasitələrinin
tutulma ehtimalını əlavə etsək, o zaman təyyarələrin raket və ya radar hucumlarına məruz qala biləcəyini görmək asandır “deyə internetdə dərc edilən sənəddə deyilir.

EASA-nın bəyanatında onun xəbərdarlığının Ukrayna hava məkanı ilə bağlı olduğu dəqiqləşdirilməyib, lakin ümumən Rusiya və Ukrayna arasında münaqişə səbəbindən təyyarə riskləri ilə bağlıdır. Tənzimləyici əlavə edib ki, mülki hava limanlarından istifadə etməklə hərbi əməliyyatların sayının artması, “münaqişə zonasında fəaliyyət göstərən hərbi pilotsuz uçan aparatların və təyyarələrin ehtiyatsızlıqdan qonşu mülki hava məkanını poza bilməsi” ilə bağlı risklər də var.

Bugün TV

Oxşar xəbərlər

Azərbaycan və Litva prezidentləri Davosda görüşüblər

Nigar Məmmədova

Azərbaycan Prezidentinə olan etimad

İntizar Əmirova

Aştiani: “İranın Rusiyadan S-400 raket sistemi almağına ehtiyac yoxdur”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu