25 C
Baku
27 İyul 2024, 4:34
Siyasət

Arzu Nağıyev Laçının azad olunması ilə bağlı açıqlama verib

“Laçının azad olunması çox mühim bir məsələ idi. Həm strateji cəhətdən bir məntəqəinin nəzarətə götürülməsi , iqtisadi və siyasi cəhətdən çox mühüm bir əhəmiyyət kəsb edir”.
Bu barədə deputat Arzu Nağıyev Laçının azad olması ilə bağlı Bugün.tv-ə açıqlamasında bildirib.O qeyd edib ki,  əsas məqam ondan ibarətdir ki 10 noyabr 2020 ci il üçtərəfli bəyanatına əsasən Laçın dəhlizi ,Zabux kəndidə daxil olmaqla sülhməramlıların nəzarətinə verilmişdir. Sülhməramlı qüvvələr artıq oranı tərk edir ,yeni dislokasiya yerinə keçir. Buda çox mühüm bir məsələdir çünki həm Sus ,həm Zabux Azərbaycan hərbçilərinin nəzarətindədir. Bu yeni bir strategiyanın , başlanmasına zəmin verir .Çünki bizim gələcək nailiyyətlərimiz qabağdadır.Qarşıda bizi çox ciddi məsələlər gözləyir .

–  Arzu müəllim, Laçın öz sahiblərinə qayıtdıqdan sonra bölgədə hansı yeniliklər gözlənilir?

– Region üçün çox əhəmiyyətlidir.Öz dədə baba torpaqlarından didərgin salınmış insanlar oraya qayıdacaq .Ora bərpa olunacaq.Kənd təsərrüfatı yeni təşəkkülunü tapacaq .Digər infrastrukturlar icra ediləcək .Çox ciddi bir məsələdir . Baş verən hadisələrə ən böyük təsirdə el vətəndaşlarımızın oraya qayıtmasıdır.

– ABŞ və Fransanın Azərbaycandakı səfirlərinin Şuşada keçirilən növbəti konfransda iştirak etməmələrinin arxasında hansı həqiqətlər dayanır?

– Bunula bağlı cənab Hikmət Hacıyev öz fikirlərini bildirdi .Qarşı tərəfdə ABŞ səfirliyindən buna cavab olaraq bir bəyanat yayıldı .Ən mühüm məsələ bundan ibarətdir ki həm ABŞ, həm Fransa ATƏT in Minsk qrupunun həmsədrliyini yenidən bərpa etməyə çalışır . O fəaliyyətsiz bir qurumun .Təbiiki biz bunun əleyhinəyik.Düşünürəm ki cənab Hikmət Hacıyev çox mühüm bir mesajı verdi .
Məncə bu görüşdə delmitasiya və demarkasiya ilə bağlı məsələlər müzakirə olunacaq . Demarkasiya ilə bağlı ermənilərin müəyyən təklifi var .Üç buraxılış məntəqəsi gündəmdədir. Bunun qarşısında Azərbaycan öz fikirlərini bildirməli ,öz mövqeyini ortaya qoymalıdır .Əsas məqam bundan ibarətdir.

– Avqustun 31-də Brüsseldə Azərbaycan,Ermənistan və Aİ Şurası Prezidentinin iştirakı ilə üçtərəfli görüş olacaq . Dövlət olaraq bu görüşdən  gözləntilərimiz nələrdir?  görüşün mövzusu nə olacaq ?
– Avqustun 31 də sülh sazişinin imzalanması üçün delmitasiya və demarkasiya ilə bağlı komissiya ların yaradılmasının müzakirəsini gözləyirik.

– Ermənilər Laçını tərk  edərkən yenə özlərinə xas vandalizm nümayiş etdirdilər. Məqsəd nə idi?

– Ermənilərin dövlət siyasətində teror və təxribat planı daim ön sırada olub .Bunu biz daim görmüşük .Son vaxtlardada Laçın ,Zabux ,Sus da Kəlbəcər də etdikləri ssenarini təkrarlamağa çalışdılar. Və bunu etdilər .Onlar Suriyadan,Livandan erməni teror dəstlərini oraya köçürəndə el bilirdilər ki onlar bu torpaqlarda daimi yaşayacaq .Onlar öz evlərini yandırmırdılar.Erməni diasporunun tikdiyi evləri yandırırdılarki gələcəkdə burda torpaqların öz sahibləri yaşamasın .Bununla bütün dünya gördükü onlar nəyə qadirdir .Müəyyən kospesasiyalar ,müəyyən qurum , Ermənistan rəhbərliyi onlara vəd vermişdi və müəyyən sakitçilik oldu .Ancaq Azərbaycan öz qəti mövqeyini bildirdi .Hətta köçdən əvvəldə ,müharibə gedə gedə orda infrastruktur ,istər Azərenerji,AAYDA ,ciddi işlər aparırdılar.FHN Regional İdarələrinin avtomobillərinin sülhməramlıların müşayəti altında olması bir daha göstərirdiki ermənilər nəyin bahısına olursa olsun oranı tərk edəcəklər və etdilər .Hər hansı törətdikləri təxiribata da cavabdehlik daşıyırlar.

– Prezidentin köməkçisi Hikmət Hacıyev Şuşada keçirilən konfrans zamanı  Vətən müharibəsində Azərbaycan Ordusunun Xankəndinə girməməsinin səbəbinin humaniz olduğunu açıqladı. Xankəndi  məsələsi yenidən müzakirəyə çıxarıla bilərmi?

– Azərbaycan humanist bir addım atmışdı .Yəni insan haqları ilə bağlı .Bizə ermənisiz Qarabağ məhfumu deməyə çalışırdılar.Sonrada ermənilər bunu dünyaya yaysınlar .Lakin biz o fikirdə deyildik .Hər bir etnik qrup ,hər bir milli azlıq Azərbaycan vətəndaşı olarsa onlara göstərilən bütün imtiyazlar onlarda şamil oluna bilər .10 noyabr bəyanatını imzaladıqdan sonrada Xankəndidə hər hansı bir əməliyyatın keçirilməsi bizim üçün bir problem yaratmırdı.Lakin Azərbaycan tərəfi humanistlik göstərdi .Və təkliflərnən irəli çıxdı .

– Qarabağda  gedən quruculuq işləri ilə bağlı nə deyə bilərsiniz?

– Əsas bizim ideya məqsədimiz böyük qayıdışı təmin etməkdir ,buna görə minalardan təmizlənmə , infrastrukturların bərpası ,qaçıqın və məcburi köçkünlərimizi öz dəfə baba torpaqlarına köçürməkdir .
Buna görə çox sürətli işlər gedir. Ağalı kəndini buna nümunə göstərmək olar. Şuşada, Ağdamda ,Füzulidə bərpa işləri bir daha göstərir ki bizim əsas məramımız , məqsədimiz suverenliyimizlə ,ərazi bütövlüyümüzün bərpası ilə paralel olaraq vətəndaşlarımızın öz torpaqlarına qayıtmasıdır.

Fərahim Rəhimov

Bugün TV

Oxşar xəbərlər

Lukaşenko: “Biz çoxqütblü dünya üçün Qərblə mübarizə aparmalıyıq”

Nigar Məmmədova

Braziliyanın keçmiş prezidenti bu gün öz ölkəsinə dönəcək

Nigar Məmmədova

HƏMAS: Bizim 200-250 məhbusumuz var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu