Siyasət

Avropa Parlamenti Ukrayna və Moldovanın Aİ-yə namizədlik statusunu təsdiqləyib

Bugün.tv  xəbər verir ki,  Avropa Parlamenti Ukrayna və Moldovaya Aİ üzvlüyünə namizəd statusunun verilməsi ilə bağlı qətnamə qəbul edib.

Qətnamə 529 lehinə 45 səs əleyhinə və 14 bitərəf olmaqla qəbul edilib.

“Qətnamə bu gün və sabah sammitini keçirəcək dövlət və ya hökumət başçılarını təxirə salmadan Ukrayna və Moldova Respublikasına Aİ-yə namizəd statusu verməyə çağırır”, – Avropa Parlamentinin press-relizində deyilir.

Avropa Parlamentinin deputatları həmçinin Aİ liderlərini “hökumət Avropa Komissiyasının göstərdiyi prioritetləri yerinə yetirdikdən sonra” Gürcüstana eyni statusu verməyə çağırır.

Avropa Parlamenti Ukrayna, Moldova  və Gürcüstan hakimiyyətini “öz xalqlarının Avropa ambisiyalarını həyata keçirmək üçün siyasi əzmlərini birmənalı şəkildə nümayiş etdirməyə”, Aİ-yə üzvlük meyarlarını mümkün qədər tez yerinə yetirmək üçün islahatları sürətləndirməyə dəvət edir.

https://european-union.europa.eu/index_en

 

Bugün TV

Oxşar xəbərlər

Vüqar Bayramov: Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti 360 milyon dollarlıq layihələri maliyyələşdirir

Aynur Camal

Vüqar Bayramov: Azərbaycan-Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə 3,2 dəfə artıb

Aynur Camal

Müharibə şəraiti Ukraynada seçkilərin keçirilməsinə mane olur – ekspertlər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu