25 C
Baku
27 İyul 2024, 4:08
Baş xəbərDigərSiyasətSosial

Azərbaycan Ağalı kəndinə daha 727 sakinin köçürülməsini planlaşdırır

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən  verilən məlumata görə, Azərbaycan tezliklə daha 727 sakinin işğaldan azad edilmiş Zəngilanın Ağalı kəndinə köçürülməsini planlaşdırır.

Zəngilan rayonunun Ağalı kəndinin yerli sakinləri arasında onların sosial-iqtisadi, demoqrafik vəziyyətini, mövcud gəlir səviyyəsini, məşğulluğunu və ehtiyaclarını müəyyən etmək məqsədilə sorğular aparılır.

Respondentlər 16 yaşdan 63 yaşa qədər olan vətəndaşlardır.

Dövlət Komitəsinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsi ilə birgə təşkil etdiyi sorğular, müsahibələr və fokus qrup görüşləri Ağəli kəndinin yerli sakinlərinin məskunlaşdığı Bakı, Sumqayıt, Abşeron və Beyləqan rayonlarında keçirilir.

Ağalı kəndi ağıllı kənd konsepsiyası əsasında salınıb. Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq edilib. Ağıllı küçə işıqlandırması, istiliyə və şaxtaya davamlı mənzillərin tikintisi, tullantıların idarə edilməsi və günəş panellərinin quraşdırılması kimi amillər bu konsepsiyanın bir hissəsidir.

Bugün.tv

Bugün TV

Oxşar xəbərlər

Qurban Qurbanov püşklə bağlı fikrini bildirdi

Bugün TV

Taksi aşdı: 1 yaralı var

İntizar Əmirova

“Oftalmologiyanın müasir aspektləri”- 101 il

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu