27 C
Baku
27 İyul 2024, 3:33
DigərSiyasət

Bakıda keçiriləcək Formula 1 yarışına ən çox hansı ölkələrin vətəndaşları bilet alıb?

Azərbaycan vətəndaşları Formula 1 Azərbaycan Qran Prisi üçün alınan biletlərin sayına görə ilk üçlük sırasındadır. Bugün.tv xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) mətbuat xidmətinin rəhbəri Turab Teymurov deyib. Alınan biletlərin sayına görə ilk üçlükdə ABŞ, Böyük Britaniya və Azərbaycan vətəndaşları yer alıb . Onları Danimarka, Norveç və İspaniya davam etdirib .
Neftçilər prospektində yerləşən podiuma artıq bilet yoxdur. 2022 Formula 1 Azərbaycan Qran Prisi iyunun 10-dan 12-dək keçiriləcək. Qarşıdan gələn yarış 2019-cu ildən bəri ilk dəfə tamaşaçıların iştirakı ilə keçiriləcək. Ötən il Bakı mərhələsi koronavirus pandemiyası səbəbindən tamaşaçısız keçirilib, 2020-ci ildə isə eyni pandemiya səbəbindən Qran Pri baş tutmayıb.
“Kral yarışları”nın Bakı mərhələsinin qalibi aşağıdakı sürücülər olub: Niko Rosberq (2016, Mercedes), Daniel Rikkardo (2017, Red Bull), Lyuis Həmilton (2018, Mercedes), Valtteri Bottas (2019, Mercedes), Serxio Peres (2021, Red Bull). Onu da qeyd edək ki, Azərbaycan Qran Prisi çərçivəsində bir vaxtlar Lyuis Hamilton, Çarlz Lekler, Corc Rassel, Landro Norris və başqa ulduzların F 1-ə düşməsi üçün tramplin rolunu oynayan Formula 2 yarışları da keçiriləcək. .

Bugün TV

Oxşar xəbərlər

Amerika hesab edir ki, “Şimal axını”nda törədilən təxribatda Ukraynanın əli yoxdur

Nigar Məmmədova

Zelenski: “Terror dövlətinin Ukraynaya hücumunun konkret hüquqi nəticələri olacaq”

Nigar Məmmədova

Rusiya və Boliviya baş diplomatları BRİKS-in müasir dünyada rolunu müzakirə edirlər

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu