14 C
Baku
28 Mart 2024, 17:14
Baş xəbərDigər

Beynəlxalq Qızıl Xaç Komitəsinin vəzifəli şəxsi, LGBT üzvü Laura Sesenna Azərbaycan polisinə niyə yalan məlumat verib? Qaxda hansısa gizli görüş olubmu? – VİDEO

Bir neçə gün öncə xəbər verildiyi kimi Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyində Əməkdaşlıq şöbəsinin rəhbəri olan LGBT üzvü, İtaliya vətəndaşı Laura Sesenna öz cinsi partnyoru olan Peru vətəndaşı Pella Patricia ilə birgə Qax meşələrində azıblar və Azərbaycan polisi onları tapıb sağ-salamat qaldıqları otelə qaytarıb. Bu haqda məlumatı olmayanlar bu yazının sonunda qoyulmuş linkdən ətraflı məlumat ala bilərlər:

Bizə maraqlı olan isə, odur ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbər vəzifəli şəxsi Laura Sesena niyə polisə özünü, eləcə də, onunla birgə yaşayan öz rəsmi cinsi partnyorunu əcnəbi turistlər kimi təqdim edib və 2 ildən artıq bir vaxtdır ki, Azərbaycanın paytaxtı Bakı şəhərində yaşayan, burada nüfuzlu bir beynəlxalq təşkilatda rəhbər vəzifə tutan şəxs hansı səbəbə görə Azərbaycan polisinə yalan məlumat verib. Bu barədə istər Laura Sesennanın, istərsə də, Beynəlxslq Qızıl Xaç Komitəsinin mövqeyini işıqlandıra bilərik. Müstəqil media orqanı olaraq bizim məqsədimiz həqiqəti olduğu kimi oxucularımıza çatdırmaqdır.

Beynəlxalq Qızıl Xaç Komitəsi

Bildiyimizə görə Beynəlxalq Qızıl Xaç Komitəsinin xarici əməkdaşlarının toxunulmazlıq hüquqları var və Azərbaycanın dövlət strukrurları onların işinə hər cür dəstək verməklə yanaşı, o təşkilatın əməkdaşlarına öz fəaliyyətlərini həyata keçirmək üçün yardımcı olurlar. Belə olan halda Laura Sesennanın özünü və cinsi partnyorunu yalandan turist kimi qələmə verməsi haqlı olaraq bizdə ciddi şübhələr doğurur.


Aldığımız məlumata görə burada ölkəmizin dövlət təhlükəsizlik orqanlarını da, maraqlandıra biləcək məqamlar ola bilər. Belə ki, bizə verilən məlumata görə, Laura Sesenna ermənilərə güclü simpatiyası olmaqla yanaşı azərbaycanlıları sevməyən şəxsdir. Onun Qaxda qeyri-rəsmi olaraq kimlərləsə görüşü də, istisna deyil. Ona görə də, polisin diqqətini çəkməmək üçün, özünü sadəcə əcnəbi turist kimi qələmə verərək Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyində rəhbər vəzifədə olduğunu gizlətmək istəməsi də, mümkündür. Hər halda bütün bunları ölkəmizin hüquq-mühafizə orqanları araşdıra bilər. Müstəqil mətbuat qurumu kimi bizim işimiz ölkəmizin yerləşdiyi regiondakı bu həssas məqamda ayıq-sayıqlığı əldən verməmək, eləcə də, bu işdə dövlətimizin rəsmi orqanlarına yardlmcı olmaqdır. Bu vətəndaşlıq borcumuzdur.

Qax rayonu Azərbaycanın şimal bölgəsində yerləşir. O bölgə Gürcüstan və Rusiya ilə həmsərhəd olduğuna görə orada müxtəlif separatçı qüvvələr və dini-ekstremist qruplar zaman-zaman aktivləşiblər. Azərbaycanın dövlət təhlükəsizlik orqanları ayrı-ayrı vaxtlarda orada olan həmin qanunsuz qüvvələrə, anti-dövlət qruplarına qarşı müxtəlif əməliyyatlar keçiriblər. Hüquq-mühafizə orqanlarımız hər zamankı kimi diqqətli olmalıdır!

Biz də, mövzunu diqqətdə saxlamağa çalışacağıq!

Saytımızda bu mövzu haqqında əvvəl yazılmış xəbəri aşağıdakı linkdən oxuya bilərsiz:

Qaxda itkin düşən şübhəli əcnəbi turistlər

P.S. Videoda danışan şəxs (çəhrayi rəngli koftada olan) Laura Sesennadır. Yanındaki isə, (mavi koftalı), onun rəsmi olaraq qeydiyyatdan keçirtdiyi cinsi partnyoru Pella Patriciadır.

Bugün TV

Oxşar xəbərlər

AQTİ mütəxəssisləri Rusiyadan ölkəmizə məhsulları idxal olunan müəssisədə qiymətləndirmə aparıb

Aynur Camal

Türkiyə vətəndaşlarının təxliyəsi başa çatdı – FOTO

Kəmalə Sultan

Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günüdür

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu