Baş xəbər

Urmiyada gölün ölümcül durumuna etiraz olaraq aksiya keçirilib.

Ağır polis və hərbi atmosferə baxmayaraq Urmiya insanı öz təbii istəyini cəsarətli şəkildə dilə gətirib. Tutuqlananlar var.

Aksiyada tutuqlananlarin siyahısı:

Huşənq Nəqizadə- Urmiya
Mikayıl Qolipur- Urmiya
Əmir Rzaabadi- Urmiya
Həmid Əkbərzadə- Urmiya
Rza Əkbərzadə- Urmiya
Həmid Purvəli- Təbriz
Yunis Məhmud- Təbriz
Calal Dehqani- Təbriz
İslam İmani- Təbriz
Məhəmməd Mostəfai- Təbriz
Həkimə Əhmədi- Təbriz
İbrahim Azəroğlu- Təbriz
Vəli Zohrabi- Qoşaçay

Qeyd edək ki, aksiyayadan öncə səhər saatlarında Urmuda meydan fəaliyyətləri ilə tanınan bir neçə milli aktivisti milli təhlükəsizlik idarəsinə çağırılıb, xəbərdarlıq edilib.

Urmu şəhərinin Bazar ağzı- Ətayi kəsişməsi çevik polis ilə doldurulub. Çevik polis alaylarının yardımçı qismi isə ” Hotel Rza” nın parkinqinə yerləşdirilib.

Sivil polis və təhlükəsizlik məmurları ” İmam” küçəsinin başlanğıçından Ətayi kəsişməsinə qədər müxtəlif pozisiyalarda hazır vəziyyətdə gözləyiblər. Buna baxmayaraq aksiya baş tutub.

Məlumat üçün bildirək ki, rəsmi açıqlamaya görə Urmu gölünün 95%-i tamamilə quruyub.”

 

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

Çoxlu sayda marixuana yetişdirən şəxs saxlanıldı

Aynur Camal

Livana humanitar yardım! Türkiyə də daxil olmaqla bir çox ölkə hərəkətə keçdi

Aynur Camal

Pentaqondan Suriya açıqlaması: Türkiyə ilə əlaqəmiz davam edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu