20 C
Baku
Oktyabr 1, 2022
Baş xəbərSosial

Çay istehsalçısı: “Bizim çayı koronavirusun dərmanı belə hesab etmək olar”

Vaxt var idi, 300 milyon nəfər əhalinin yaşadığı SSRİ-nin çaya olan tələbatının 8-10%-ni Azərbaycan ödəyirdi.

Ölkəmiz müstəqillik əldə etdikdən sonra isə vəziyyət dəyişdi. Azərbaycanda çay istehsalı ildən-ilə artsa da, idxaldan asılılıq hələ də qalmaqdadır.

Məsələn, bu ilin I yarısında Azərbaycana xaricdən təxminən 7 min ton çay gətirilib. Çay idxalı ölkədən 35 milyon ABŞ dollarına yaxın valyuta çıxarıb.

Hazırda Azərbaycan çayı əsasən Şri-Lankadan alır. Yarım illik idxalımızın 84%-i bu ölkənin payına düşüb. Halbuki, yerli çay keyfiyyətinə görə digər ölkələrdəki analoqlarından geri qalmır. Bəs onun istehsalını genişləndirməyə, tələbatı daxili imkanlar hesabına ödəməyə nə mane olur?

Bugün.tv Report-a istinadən məlumat verir ki,Əli Yaqubzadənin sözlərinə görə, “Azərbaycan çayına daxil bazarda mövqeyini gücləndirməyə əsasən onun baha başa gəlməyə, yəni maya dəyərinin yüksək olması mane olur: “Məsələn, bizim istehsal etdiyimiz ən ucuz çayın kiloqramının qiyməti 12 manatdır və bu qiymət idxal çayı ilə müqayisədə yenə də yüksəkdir. Halbuki, bizim kiloqramını 2 min manata təklif etdiyimiz çay da var”.

Bununla belə, sahibkar bildirir ki, yerli çay baha olsa da, ona pul verməyə dəyər və ağzının ləzzətini bilənlər çayı məhz onlardan alırlar: “Biz 100 növ çay istehsal edirik, onların hər biri tam orqanikdir, kimyəvi qatqısızdır. Məsələn, çaylarımızdan birinin tərkibində 12 sitrus meyvəsi var. Onu koronavirusun dərmanı belə hesab etmək olar. Məhsulumuzun keyfiyyətindən əmin olduğumuz üçün özümüz heç bir marketlə müqavilə bağlamaq üçün təşəbbüs göstərmirik. Kim istəyirsə, gəlib bizim plantasiyalarımıza baxır, sonra müqavilə bağlayır. Hazırda bir hektardan 2 tona yaxın çay yığırıq, 3 ildən sonra bu rəqəm 5 ton olacaq. 10 kilo yaşıl çaydan isə 3 kilo quru çay çıxır”.

Azərbaycanda çay istehsalı ilə məşğul olan şirkətlərdən birinin mütəxəssisi İsrafil İsrafilov da etiraf edir ki, onlar ucuz çay istehsal etmir: “Bizim istehsal etdyimiz ən ucuz çayın kiloqramının qiyməti 8 manatdır. Amma qönçə çayımız var ki, onun kiloqramını 700 manata təklif edirik. Bu çaydan məhsul az çıxır. Hər mövsum 50-100 kiloqram çıxsa, böyük nəticə hesab olunur. Onun yığılması və hazırlanması çox çətindir”.

Oxşar xəbərlər

Azərbaycan Ordusunun raket və artilleriya bölmələri atəş tapşırıqlarını yerinə yetirir (VİDEO)

Sabina Uğur

Azərbaycanda özbək mətbəxi həftəsi keçirilir

Aynur Camal

İnfarkt riski yüksək olan xəstələr hər üç aydan bir müntəzəm tibbi müayinədən keçməlidirlər

Aynur Camal