Bugün.tv Reuters –ə istinadla xəbər verir ki, neft qiymətləri investorların yanacağa tələbatla bağlı acınacaqlı proqnozlar verməsi ilə yenidən ucuzlaşıb. Məlumatlar qlobal hasilatın yavaşlamasına işarə edir. Əsas neft istehsalçıları bu həftə təklifi artırıb-artırmamaq üçün bir araya gəliblər.
Brent markalı neftin 77 sent və ya 0,8% ucuzlaşaraq 99,26 dollara, WTI markalı neftin fyuçersləri isə 67 sent və ya 0,7% ucuzlaşaraq 93,22 dollar/barelə düşüb.
Eniş, Brent markalı neftin fyuçerslərinin bazar ertəsi sessiyada 99,09 dollar/barel səviyyəsinə enməsindən sonra baş verib ki, bu da iyulun 15-dən bəri ən aşağı səviyyədir. ABŞ neft bençmarkı 92,42 dollar/barelə düşüb, iyulun 14-dən bəri ən aşağı səviyyədir