5 C
Baku
18 Fevral 2026, 10:34
Baş xəbərMədəniyyət

Fransada Azərbaycanın gənc rəssamlarının sərgisi açılıb

Fransanın paytaxtı Parisdə Azərbaycanın gənc rəssamlarının əl işlərindən ibarət rəsm sərgisinin açılışı keçirilib.

Bugün.tv “Report”un yerli bürosuna istinadən bildirir ki, rəssam Nigar Nərimanbəyovanın təşkilatçıllğı ilə “İnternational Art Gallery”də baş tutan sərginin keçirilməsində məqsəd Azərbaycanı, ölkəmizin incəsənətini Fransada yaxından tanıtmaq, istedadlı azyaşlı rəssamların əl işlərini fransalı rəsm həvəskarlarına nümayiş etdirməkdir.

Sərginin açılışında çoxlu sayda fransalı və xarici qonaqlar, jurnalistlər, incəsənət həvəskarları iştirak edib.

Sərgidə Əminə Quliyeva, Mədinə Qarayeva, Mədinə Abbaslı, Tahir Qarayev, Əli Aşımlı, Cavad Aşımlı, Məryəm Qarayeva, Fərəh Hacızadə, Əfruz Rəhimovanın əl işləri yer alıb. Azyazlı rəssamlar əsərlərində Azərbaycan milli geyimləri, Qarabağ mövzularına yer ayırıb, incəsənət vasitəsilə ölkəmizin tarixi və mədəniyyətinin zənginliyini fransalılara nümayiş etdirməyə çalışıblar.

Sərgi sentyabrın 12-dək davam edəcək.

Xatırladaq ki, Nigar Nərimanbəyova Azərbaycanın Xalq rəssamı Vidadi Nərimanbəyovun qızıdır.

Aynur Camal

Oxşar xəbərlər

Deputat Ceyhun Məmmədov Ramazan ayının hikmət və fəzilətlərindən danışdı

Aynur Camal

“Qadın ruhunun səssizliyi daxili gücün əsas mənbəyidir”

Aynur Camal

Məhəmməd Əsədullazadə: Tramp Zelenskini Rusiyaya güzəştə getməyə məcbur edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu