Kreml Çeçenistan lideri Ramzan Kadırovun mümkün istefası ilə bağlı məlumatları görüb, lakin bu hələ baş tutmayıb.
Bugün.tv “Report”a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Doğrudan da biz bu məlumatları gördük, amma deyək ki, indiyə qədər düzgün başa düşdümsə, bu məlumatlar heç bir şəkildə reallaşmayıb. Hələlik biz onun Çeçenistan Respublikasına rəhbərlik etməyə davam etdiyindən çıxış edirik”-deyə, o bildirib.
Qeyd edək ki, Rusiyanın Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov vəzifəsini tərk edə bilər.
Bu barədə region başçısı teleqramda videomüraciət yayımlayıb.
“Dostlar, bu gün öyrəndim ki, Rusiya subyektlərinin hazırkı rəhbərləri arasında vəzifə başında çox qalanam. Çox “oturduğumun” özüm də fərqinə vardım. Düşünürəm ki, müddətsiz və uzun bir tətilə tam layiq oldum. Ümid edirəm ki, məni dəstəkləyəcək və başa düşəcəksiniz”, – siyasətçi müraciətində bildirib.