Siyasət

Lavrovdan Azərbaycanla bağlı açıqlama

“Şübhəsiz ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair  razılaşmalar əldə olunacaq. Rusiya bunu tam dəstəkləyir”.

Bugün.tv  Tass-a istinadən xəbər verir ki, bu fikirləri Rusiya xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
Rusiyalı nazirin sözlərinə görə, Bakı və İrəvanın indiki mərhələdə necə qarşılıqlı fəaliyyət göstərəcəyinə dair öz xüsusi baxışları var.

“Sərhədin delimitasiyası üzrə iki komissiyanın – Ermənistan və Azərbaycan komissiyasının belə bir təsis iclasının baş tutmasından çox şadıq. Sülh müqaviləsi vaxtilə Azərbaycanın təqdim etdiyi təkliflərə əsaslanır. Buna cavab olaraq Ermənistan öz baxışını təqdim etdi”  – deyə o, sözlərini yekunlaşdırıb.

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

“Rusiya-Ukrayna müharibəsinin hərbi həlli yoxdur”

Aynur Camal

BMT Sudanla bağlı təcili atəşkəs çağırışı etdi

Aynur Camal

Məhəmməd Əsədullazadə: İran Azərbaycana nümayiş etdirdiyi davranışın cavabını almalıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu