Sosial

Metro qatarında tüstülənmə baş verib

“İçərişəhər-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatar “Gənclik” stansiyasında ikən vaqonda sərnişinlərdən birinin elektron cihazı tüstülənib.

Bugun tv Azxeber -a istinadən xəbər verir ki , “Sərnişinlər qatardan dərhal düşürülüb. Qatar maşinisti və polis əməkdaşı vaqona baxış keçiriblər. Vaqonda hər hansı bir problem olmayıb. Tüstüləmə yüngül olduğundan baxış müddətində sovrulub və sərnişinlər həmin qatarla yola salınıblar. Nəticədə, 3 dəqiqəlik yubanma olub.

Bütün sərnişinlərdən rica edirik, metropolitenin xüsusiyyətləri nəzərə alınaraq, saz vəziyyətdə olmayan mobil cihazlardan istifadə etməsinlər və ümumən metropolitendə elektron cihazlardan istifadə edərkən ehtiyatlı davransınlar”, – deyə o, qeyd edib.
Könül Kərimova

Oxşar xəbərlər

“CineMastercard” Milli Mətbuat Günü münasibətilə jurnalistlər üçün xüsusi kampaniyaya başladı

Bugün TV

Ceyhun Məmmədov: Milli dəyərlərin qorunmasında gənclərin üzərinə böyük məsuliyyət düşür

Aynur Camal

Soyuq su ilə hazırlanan ilk hazır əriştə Yaponiyada satışa çıxarılır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu