2 C
Baku
14 Dekabr 2024, 21:26
Siyasət

Rəsmi Bakıdan Lavrovun fikrinə münasibət

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvandakı görüş zamanı Fərrux dağı ilə bağlı səsləndirdiyi fikrə münasibət bildirib.

Bugun.tv-nin məlumatına görə XİN bildirib ki, Azərbaycan və Ermənistan tərəfindən təsis edilmiş delimitasiya komissiyalarının fəaliyyəti əvvəlcədən nəzərdə tutulduğu kimi məhz iki ölkənin dövlət sərhədinin delimitasiyası məqsədini güdür.

“Bu proses çərçivəsində Azərbaycan-Ermənistan dövlət sərhədindən kənar hər hansı bir məsələyə, o cümlədən Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərlə bağlı məsələyə baxılması nəzərdə tutulmur”, – deyə XİN bildirib.

Qeyd edək ki, Rusiya diplomatiyasının rəhbəri Xocalının Fərrux dağı ilə bağlı məsələni sərhədlərin delimitasiyası kontekstində dəyərləndirib. Halbuki, Fərrux dağı və kəndi  sərhəddə yerləşmir və onun delimitasiya prosesi ilə əlaqəsi yoxdur

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

Türkiyə-İsrail münasibətləri səfirlərin təyin olunmasından sonra yeni təkan alacaq

Bugün TV

Medvedev: “Rusiya Ukrayna əməliyyatında düşmən silahlarını kifayət qədər yaxşı araşdırır”

Nigar Məmmədova

Dmitri Peskov: “Baydenin yenidən seçilməsi Rusiyanı deyil, amerikalıları narahat edir”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu