Baş xəbərİqtisadiyyat

Rayonlarda UN QITLIĞI yarandı – Səbəb nədir? – VİDEO

Şimal-qərb bölgəsində artıq bir həftədir ki, mağazalarda un tapılmır. Satıcılar unu digər rayonlarda un istehsal edən iri dəyirmanlardan tədarük edirlər.

Bugün.tv-nin hazırda bu dəyirmanlardan bilinməyən səbəblərdən bir həftədir ki un gəlmir.

Sakinlər bildirib ki, unun olmaması qiymətin qalxması ilə əlaqədardır. Hətta Qax rayonunda un tapa bilməyib qonşu rayona üz tutan sakinlərlə də olub.

Şimal qərb bölgəsini unla təmin edən MMC-nin Şəki bölməsindən bildirilib ki, respublikada bütün dəyirmanlarda, o cümlədən bu dəyirmanda da ildə bir dəfə profilaktiki sazlama, dezinfeksiya, tədbirləri aparılır. Bu oxşar müəsisələrdə mərhələlərlə aparılır ki, una təlabat pozulmasın. Müəssisədə bütün tədbirlər artıq başa çatıb və buğda tədarükünə başlanıb.

O da qeyd edilib ki, dəyirman bölgədə olan un tələbatını tam ödəyir.

Aynur Camal

Oxşar xəbərlər

İlham Əliyev Oksfordda Çexiyanın Baş naziri Petr Fiala ilə görüşüb

Bugün TV

Kiyevə hücum davam edir: hava zərbəsi nəticəsində 3 nəfər ölüb, 10 nəfər yaralanıb

Aynur Camal

Xəzər dənizində naməlum kişi meyiti tapıldı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu