Siyasət

Rusiyanın ən müasir reaktiv təyyarəsi döyüşə hazırdır

Ukraynanın şərqindəki Donbas bölgəsini tez bir zamanda ələ keçirməyi hədəfləyən Rusiya son model beşinci nəsil SU-57 təyyarəsini müharibədə istifadə edəcək.

Bugün.tv  Rusiyanın  Müdafiə Nazirliyinə istinadən xəbər verir ki,  xüsusi hərbi əməliyyata 4 SU-57 təyyarəsi əlavə edilib. Bildirilib ki, radar üçün görünməz “gizli” texnologiyaya malik olan bu təyyarələr eyni vaxtda havaya qalxır və hava hücumundan müdafiə sistemlərini yerdə məhv etdir.

2000-ci illərin əvvəllərində Rusiya tərəfindən hazırlanmağa başlayan və ilk uçuşunu 2010-cu ildə həyata keçirən SU-57 çoxməqsədli beşinci nəsil döyüş təyyarəsi ABŞ-ın istehsal etdiyi F-35 və F-22-nin Rusiyadakı ekvivalenti hesab edilir. .Yüksək manevr qabiliyyətinə malik bu təyyarə ən müasir elektronika ilə radarlara görünməz sayılır. Beşinci nəsil rus təyyarəsinin yuxarı uçuş tavanı 20 kilometrdir. Onun maksimal sürəti təxminən 2600 km/saatdır. Səsdən iki dəfə sürətli hərəkət edən təyyarə həm qırıcı, həm də yüngül bombardmançı kimi istifadə edilə bilər. Hazırda Rusiyanın bu təyyarələrdən yalnız 10-a sahib olduğu təxmin edilir. 2022-ci ilin sonuna kimi daha 12 təyyarənin orduya çatdırılması planlaşd

Bugün TV

Oxşar xəbərlər

Rusiya Dövlət Duması İlham Əliyevin Bakıdakı görüş açıqlamasını şərh etdi

Aynur Camal

Tramp administrasiyası Ukrayna üçün ayrılan 400 milyon dolları dondurdu

Aynur Camal

WSJ: Tramp Səudiyyə Ərəbistanı ilə 30 illik nüvə sazişini təsdiqlədi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu