Siyasət

Səudiyyə Ərəbistanı Mərkəzi Bankının İdarə Heyətinin üzvü ilk dəfə qadın olub

Səudiyyə Ərəbistanının milli neft şirkəti Saudi Aramco-nun keçmiş maliyyəçisi Şeyla əl-Ruvayli krallığın mərkəzi bankının direktorlar şurasında işləyən ilk qadın olub.  Bugün.tv bildirir ki, bu barədə krallığın Mərkəzi Bankının bəyanatına istinadən “Al Arabiya” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səud qeyri-dövlət işçilərinin krallığın Mərkəzi Bankının direktorlar şurasının üzvü təyin olunmasına razılıq verib. Şeyla ər-Ruveyli ilə birlikdə şuraya daha 4 nəfər daxil olub.

Sheila al-Ruwaili karyerasına 1998-ci ildə Saudi Aramco-da başlayıb. Həmin vaxtdan o, orada bir sıra rəhbər vəzifələrdə, o cümlədən Xəzinədarlıq Departamentində Maliyyə Risklərinin İdarə Edilməsi üzrə Direktor (2016-2017) və Qlobal Təhlil şöbəsinin müdiri (2018-2019) vəzifələrində çalışıb. 2019-cu ilin yanvar ayından Sheila al-Ruwaili beynəlxalq investisiya şirkəti Wisayah Investment Company-nin (Saudi Aramco-nun törəmə şirkəti) baş direktorudur.

2018-ci ildə əl-Ruwaili MBA dərəcəsini Massaçusets Texnologiya İnstitutunda (ABŞ) alıb.

Bugün TV

Oxşar xəbərlər

6 bank və 6 tankerə yeni sanksiyalar

Aynur Camal

Rusiyada benzin qıtlığı və qiymət artımı davam edir

Aynur Camal

ABŞ, Pentaqon Rusiya və Çinə nüvə planı hazırladığı üçün İrana zərbələri dayandırır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu