10 C
Baku
8 Noyabr 2024, 12:03
Baş xəbərTexnologiya

“Safe Karabakh” mobil tətbiqi qalib gəldi

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzini (EHİM) təmsil edən “Safe Karabakh” komandası Türkiyədə keçirilən “Teknofest Karadeniz” iştirak etdilər.

EHİM-dən bildirilib ki, komanda tərəfindən yaradılan “Safe Karabakh” mobil tətbiqi vətəndaşlara bir neçə imkan yarada bilər. İlk növbədə vətəndaşların təhlükəli ərazilərə yaxınlaşdıqda bu barədə onlara və aidiyyəti qurumlara bildirişlər göndərilməsi, əlavə olaraq vətəndaşlara ailə üzvlərinin təhlükəsiz zonada olduqlarına əmin olmaq üçün onları izləmə imkanının yaradılması nəzərdə tutulur.

“Digər bir funskionallıq ondan ibarətdir ki, vətəndaşların mobil tətbiqdən istifadə edərək getmək istədikləri yerə təhlükəsiz marşrutları əldə etməsi planlaşdırılır. Nəzərə alsaq ki, bəzən minadan təmizlənmiş ərazilərdə də partlamamış döyüş sursatları və mərmilər müşahidə oluna bilər, belə hal ilə rastlaşan vətəndaş bu barədə tətbiq vasitəsilə “SOS” siqnalı verə bilər. Bununla da həmin yer avtomatik olaraq təhlükəli zona kimi qeyd edilir. Əlavə olaraq vətəndaş rastlaşdığı naməlum obyektin şəklini də çəkərək araşdırılması üçün müraciət formasında göndərə bilər”.

Xatırladaq ki, komanda həmçinin cari ilin 26-28 may tarixində Bakıda ilk dəfə olaraq baş tutan “TEKNOFEST-Azərbaycan” çərçivəsində keçirilən “Smart Qarabağ” Hakatonunun qalibi seçilib.

Aynur Camal

Oxşar xəbərlər

Avropanı vuran qasırğa dəhşət saçır

Aynur Camal

Rəşad Məcid Mətbuat Şurasının yeni sədri seçilib

Aynur Camal

Şimali Koreya: Cənubi Koreya ABŞ-a çox güvənirsə, nüvə silahından istifadə edəcəyik

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu