Siyasət

Türkiyə PKK-nın Suriyanın şimalındakı hücumlarına dair sənədləri Rusiyaya təhvil verib

Ankara  PKK və digər  teror təşkilatı  bölmələrinin  Suriyanın şimalında dinc əhaliyə qarşı hücumlar həyata keçirməsi ilə bağlı sənədləri Rusiyaya verib. Bugün.tv bildirir ki, bunu  “Sabah” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.   qeyd olunub ki, mövzu  Astana formatı çərçivəsində keçiriləcək danışıqlarda müzakirə ediləcək.

Ərdoğan daha əvvəl bəyan etmişdi ki, Türkiyə Suriyanın şimalında yeni hərbi əməliyyata başlayır və ilk olaraq “Tel-Rifat və Mənbic bölgələrindən terrorçuları təmizləyəcək”

O, 2019-cu ilin oktyabrında “Sülh mənbəyi” əməliyyatından sonra yaradılan 30 kilometrlik təhlükəsizlik zonasının genişləndirilməsini əsas məqsəd adlandırıb.

Yerli mətbuatın məlumatına görə, Türkiyə ordusu əməliyyata hazırlıqları başa çatdırıb və əməliyyatın başlaması üçün əmr gözləyir. Türkiyə mətbuatı onu da yazır ki, əməliyyat Ankaraya Suriya ilə sərhədin 600 kilometrlik hissəsinə nəzarəti təmin etməyə və ona bitişik ərazilərdən gələn terror təhlükələrini minimuma endirməyə imkan verəcək.

Hərbi mənbələrin məlumatına görə, əməliyyata 50 minə yaxın türk hərbçisinin və Ankaranın dəstəklədiyi Suriya silahlı müxalifətinin yaraqlılarının cəlb edilməsi planlaşdırılır.

Bugün TV

Oxşar xəbərlər

Rusiyanın ən müasir reaktiv təyyarəsi döyüşə hazırdır

Bugün TV

Yalçın Topçu Azərbaycanı təbrik edib

Aynur Əfəndi Zadə

“Qərb Dağlıq Qarabağ ətrafındakı vəziyyətə hər cür müdaxilə etməyə çalışır”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu