27 C
Baku
21 Sentyabr 2026, 20:32
Siyasət

Türkiyə Finlandiya və İsveçin NATO-ya daxil olmasını təsdiqləməyə razıdır

Bugün.tv TASS-a istinadən bildirir ki,Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Finlandiya və İsveçdən “terrorçuları dəstəkləməyi dayandırmaları”na dair yazılı təminat istəyib. Bu təminat ölkənin NATO-ya daxil olmasına yardım edəcək. Türkiyə həmçinin Finlandiya və İsveçdən silah tədarükünə qarşı sanksiyaları ləğv etməyi də tələb edir. M.Çavuşoğlunun sözlərinə görə, NATO-nun baş katibi Yens Stoltenberq bu məsələlərin müzakirəsi üçün ölkələr arasında danışıqların aparılmasını təklif edib.

“İsveç və Finlandiya terrorçulara dəstəyi dayandırmalıdır. Biz onlardan konkret addımlar barədə yazılı razılıq istəyirik. İsveç və Finlandiya bizə nümayəndə heyətləri göndərmək istədilər və prezidentimiz bu təklifi qəbul edərək dedi ki, bizim prioritetimiz diplomatiyadır”, – deyə Mövlud Çavuşoğlu Fələstinə səfəri zamanı bildirib.
Çavuşoğlu əlavə edib ki, NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə, İsveç və Finlandiya nümayəndələri ilə danışıqlar aparmağı təklif edib. O, belə bir görüşün nə vaxt və harada keçirilə biləcəyini açıqlamayıb.

Bugün TV

Oxşar xəbərlər

Vüqar Bayramov: “Avropa Parlamentindəki korrupsiya qalmaqalı ikili standartlarla bağlı suallar yaradır”

Aynur Camal

Neftin qiyməti ABŞ ehtiyatlarının artması fonunda ucuzlaşdı

Aynur Camal

Vüqar Bayramov: Ermənistanın revanşist qüvvələri dəstəkləməsi sülh gündəliyinə sadiqliyinə şübhə yaradır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu