Baş xəbərSiyasət

Ukraynada müharibə başlayandan bəri ən azı 362 uşaq həlak olub

Rusiya ilə müharibə başlayandan bəri Ukraynada 362 uşaq ölüb, daha 716 uşaq yaralanıb. Bugün.tv  xəbər verir ki, bu barədə  Ukrayna Baş Prokurorluğu Telegram-da məlumat yayıb.

Baş Prokurorluqdan bildirilib ki, bu rəqəmlər yekun deyil, çünki onların aktiv döyüş əməliyyatları aparılan yerlərdə  işlər aparılır.

Uşaqların əksəriyyəti Donetsk vilayətində – 376, Xarkovda – 202, Kiyevdə – 116, Çerniqovda – 68, Luqanskda – 61, Nikolayevdə – 60, Xersonda – 55, Zaporojyedə – 40 nəfər zərər çəkib.

Baş Prokurorluq əlavə edib ki, Rusiyadan atəşə tutulması nəticəsində 2328-dən çox təhsil müəssisəsi zədələnib, onlardan 289-u tamamilə məhv edilib.

Şərh yazın