İqtisadiyyat

Ukraynalı nazir xəbərdarlıq etdi

Ukraynanın Aqrar siyasət və ərzaq naziri Nikolay Solski  ABŞ tərəfindən təşkil edilən Qida Təhlükəsizliyi Nazirlərinin toplantısında iştirak edib.

Bu barədə Bugün.Tv Tass-a istinadən xəbər verir.Ukraynalı nazirin sözlərinə görə Ukraynanın  builki məhsulunun  2021-ci ildəki məhsulun yarısını təşkil edəcəyi gözlənilir. Nazir həmçinin xəbərdarlıq edib ki, Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar “qışlıq əkinlərin ciddi təhlükə altındadır”.  Solski hesab edir ki, qlobal birlik buğdanın qiymətinin bir ton üçün 700 dollara qədər artması ilə üzləşəcək.  Bu vəziyyət əsasən Ukraynadan taxıl idxal edən Asiya və Afrika ölkələri üçün kritikdir”, – o vurğulayıb.

BMT-nin baş katibi Antonio Quterres  bildirib ki, dünya ictimaiyyəti Rusiya və Belarus gübrələri, eləcə də Ukrayna taxılı olmadan ərzaq böhranı problemini tam həll edə bilməyəcək. O vurğulayıb ki, Rusiya məhsulları və gübrələri qlobal bazarlara tam və ya qeyri-məhdud çıxışa malik olmalıdır

Şərh yazın