22 C
Baku
Sentyabr 26, 2022
Mədəniyyət

28 May ‘Müstəqillik Günü’ hazırlıqları davam edir.

Bugün.tv showhaber-ə istinadən bildirir ki, “Usuboğlu Group”da 28 may “Müstəqillik günü” -nə hazırlıq məqsədi ilə görüş keçirilib. Görüşdə Elçin Axundzadə, Muharrem Özmeral, Məhəmməd Osmanov da iştirak edib.
Xüsusilə şirkətlə yaxından tanış olan Kırklareli bələdiyyə sədrinin müavini, Mədəniyyət Gəncləri Dərnəyinin rəhbəri Bəkir Kaplan “Usuboğlu Group ” şirkətinin rəhbəri Samira Usuboğlunu təbrik edib.
O qeyd edib ki, 28 May Azərbaycanda “Respublika Günü” kimi qeyd olunur. Bu tatix 1918-ci il türk cəmiyyətində qurulan ilk müsəlman, dünyəvi, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) yarandığı tarixdir. Azərbaycanın ad günüdür. Azərbaycan xalqı çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə işğalından xilas oldu və 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublikanın əsasını qoydu. Həmin gün Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi.
“Şərqdə ilk dəfə olaraq azad, demokratik və dünyəvi dəyərlər əsasında müstəqil respublikanın qurulduğu dünyaya bəyan edildi. Məhəmməd Əmin Rəsulzadə tərəfindən qurulan Azərbaycan Xalq Cümhuriyyəti XX əsrdə Azərbaycan xalqının həyatında yeni mərhələ və tarixi hadisə idi.-deyə o vurğulayıb.

Oxşar xəbərlər

Üzeyir Hacıbəyliyə ithaf olunan Klassik Musiqi Festivalı keçiriləcək

Aynur Camal

Poroşenko Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olub

Aynur Camal

Şuşada V “Xarıbülbül” Festivalının açılışı olub, Prezident və birinci xanım açılışda iştirak edib .

Sabina Uğur