Digər

Azərbaycanda meyvə adı verilən körpələr: Xurma, Gilas, Badam, Göycə, İnnab…

Azərbaycanda valideynlərin yeni doğulan uşaqlar ına meyvə adlarının verilməsinin sayı artıb.

BuGun.tv – nin Ədliyyə Nazirliyindən əldə etdiyi məlumatlara görə son 5 ildə yeni doğulan 8 körpəyə Gilas adı verilib. Valideynlər 2 körpəyə Almaxanım, 1 uşağa Almagül adı qoyublar. 1 uşaq isə alçanın bir sortu olan Göycə adlandırılıb.

Ədliyyə Nazirliyinin məlumatına görə, eyni zamanda Azərbaycanda 3 uşağa Xurma, 2-sinə Xurmayə, 1-nə Xurmayıl adı verilib. Valideynləri yeni doğulan 4 körpəyə Badam adı, 2 uşağa Badamxanım adı qoyulub. 15 uşaq Püstə, 11 körpə isə Püstəxanım adı ilə böyüyəcək. Azərbaycanda 1 İnnab, 1 İnnabxanım adlı uşaq da böyüməkdədir. Son 5 ildə nar meyvəsindən xoşu gələn valideynlər tərəfindən 862 uşağa Narin, 51 uşağa Narın, 1 körpəyə Narinə adı verilib.

Aynur Camal

Oxşar xəbərlər

Yaxın Şərqdəki gərginlik Yaponiyada plastik məhsul qıtlığı yaratdı

Aynur Camal

Everestdə yeni sürət rekordu: ABŞ-li alpinist zirvəyə 9 saat 55 dəqiqəyə çatdı

Aynur Camal

İran: xarici güclər ölkəyə qarşı “yumşaq müharibə” metodlarından istifadə edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu