Siyasət

Azərbaycan prezidenti rusiyalı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putini Rusiyanın dövlət bayramı münasibətilə təbrik edib.

“Dövlət bayramınız – Rusiya Günü münasibətilə ən səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin”, – Prezident İlham Əliyev təbrikində deyilir.

“Xalqlarımızı birləşdirən çoxəsrlik dostluq və mehriban qonşuluq əlaqələri Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq və çoxşaxəli əməkdaşlığın davamlı inkişafının etibarlı əsasını təşkil edir. Gündəlikdə duran ikitərəfli məsələlərin geniş spektri üzrə ölkələrimizin qarşılıqlı fəaliyyəti xüsusi məmnunluq doğurur”.

“Bu ilin fevralında Müttəfiqlərin Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanması son 30 ildə formalaşmış dövlətlərarası münasibətlərin yüksək səviyyəsini təsdiqləyir”, – dövlət başçısı bildirib.

Əminəm ki, bundan sonra Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında əlaqələr xalqlarımızın və ölkələrimizin firavanlığı naminə birgə səylərimizlə möhkəmlənəcək və genişlənəcəkdir.

Hörmətli Vladimir Vladimiroviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, dost Rusiya xalqına isə sülh və firavanlıq arzulayıram”, – deyə Azərbaycan lideri əlavə edib.

Bugün TV

Oxşar xəbərlər

Polşadan Rusiyaya xəbərdarlıq

Aynur Əfəndi Zadə

Baydendən Rusiyanı sevindirən həmlə

Aynur Əfəndi Zadə

Mask Krımın və Donbassın taleyini açıqladı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu