Baş xəbərSiyasət

Azərbaycan, Türkiyə və Özbəkistan Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğulayır

Azərbaycan, Özbəkistan və Türkiyə arasında imzalanan Daşkənd Bəyannaməsində Zəngəzur dəhlizinin açılmasının vacibliyi vurğulanır.

Bəyannamə  Daşkənddə Azərbaycan, Özbəkistan və Türkiyənin xarici işlər, ticarət-iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşünün yekunları üzrə imzalanıb.

Sənəddə tərəflər Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrinə sərmayə yatırmaqla münaqişədən sonrakı bərpa, yenidənqurma və reinteqrasiya sahəsində Azərbaycanın səylərinə yardımın vacibliyini vurğulayırlar.

Öz növbəsində Azərbaycan tərəfi Türkiyə və Özbəkistan şirkətlərinin işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması üçün infrastruktur layihələrində iştirakını yüksək qiymətləndirir.

Bugün.tv

Bugün TV

Oxşar xəbərlər

Rusiya ABŞ-ın Kubaya qarşı addımlarına münasibət bildirdi

Aynur Camal

Məhəmməd Əsədullazadə: Ermənistanda seçki kampaniyası nifrət və qütbləşmə fonunda gedir

Aynur Camal

İlk inklüziv “Velomobil” beynəlxalq forumda böyük maraq doğurdu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu