Bugün.tv bildirir ki, Böyük Britaniyanın baş naziri Boris Conson IX Qlobal Bakı Forumunun açılışı münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı məktubda Azərbaycanın alternativ kimi mühüm rolu olduğunu deyib.
“Eyni zamanda, iqlim dəyişikliyi artıq bir nəzəriyyə deyil. Daha isti, daha quru və qeyri-sabit havanın reallığı bu gün bütün dünyada yaşayış yerlərini zədələyir və həyatları sona çatdırır. İqlim dəyişikliyinin gələcək ən pis təsirlərinin qarşısını almaq üçün biz bərpa olunan enerji mənbələrinə sürətli keçidi mümkün qədər tez çatdırmalıyıq. Növbəti aylarda və illərdə bərpa olunan enerji mənbələrinə böyük sərmayə qoyulacaq”, – deyə Böyük Britaniyanın baş naziri bildirib.
B.Conson Azərbaycanın beynəlxalq turnirlərə uğurla ev sahibliyi etməsini də yüksək qiymətləndirib.
“Forumdan başqa, mən bilirəm ki, Azərbaycan pandemiyadan sonra biznes üçün yenidən uğurlu bir il keçirdi, Avro 2020 futbol turnirinə və Formula 1-ə uğurla ev sahibliyi etdi. Sizin silahlı qüvvələriniz Kabildə NATO ilə birgə fəaliyyət göstərmək üçün cəsarət və bacarıqlarını nümayiş etdirdi. hava limanını mühafizə etmək üçün son ana qədər koalisiya qüvvələrinə dəstək verdilər” deyə o əlavə edib .