Siyasət

C.Bayramovla S.Lavrov arasında telefon danışığı olub.

23 may 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

 

Xarici Işlər Nazirliyindən Bugün.tv-yə verilən məlumata görə nazirlər bölgədə mövcud olan cari vəziyyəti, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, o cümlədən bölgədə bütün kommunikasiya xətlərinin açılması, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə fikir mübadiləsi aparıblar.

 

Tərəflər, həmçinin ikitərəfli gündəliyin aktual mövzuları və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Bugün TV

Oxşar xəbərlər

“Azərbaycanla Ermənistan arasında ticarət dövriyyəsinin artması üçün imkanlar genişdir”

Aynur Camal

Vüqar Bayramov: Birgə Bəyannamə Azərbaycan üçün yeni iqtisadi və investisiya imkanları yarada bilər

Aynur Camal

Ekspert: “İran ABŞ-a öz şərtlərini diktə edir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu