17 C
Baku
10 İyun 2025, 6:04
Baş xəbərSiyasət

İranın hərbi nümayəndə heyəti Ağdamda olub

İran Silahlı Qüvvələrinin nümayəndələrindən ibarət nümayəndə heyəti Azərbaycanın Ağdam rayonuna səfər edib. Bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

İranın Azərbaycandakı səfirliyinin əməkdaşlarının da iştirak etdiyi səfər zamanı nümayəndə heyəti Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan torpaqlarının işğalı zamanı törətdiyi vandalizm aktlarının nəticələri ilə tanış olub.

Bundan əlavə, nümayəndə heyətinə Azərbaycanın dağıdılmış yaşayış məntəqələri və tarixi abidələri, habelə Azərbaycan dövləti tərəfindən işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri barədə ətraflı məlumat verilib.

İran hərbi nümayəndə heyətinin işğaldan azad edilmiş Azərbaycan ərazilərinə səfəri davam edir.

Bugün.tv

Bugün TV

Oxşar xəbərlər

Malatyada güclü zəlzələ: Eyni vaxtda onlarla bina çökdü – YENİLƏNİB- VİDEO

Aynur Camal

CHP-nin 55 il sədri Kılıçdaroğlunu dəstəklədiklərini açıqladı

Bugün TV

Rusiyada Su-30 qırıcısı qəzaya uğradı: 2 nəfər öldü

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu