25 C
Baku
27 İyul 2024, 5:00
Digər

Qadını Sumqayıtda avtobusdan təpiklə itəyən sürücü işə geri qaytarılacaq?

avtobuslar

Bugun tv SonXeber.az-a istinadən xəbər verir ki , Ötən gün Sumqayıt şəhərində 12 saylı sərnişin avtobusunda sürücü və sərnişin arasında münaqişə baş verib. Yayılan görüntülərə əsasən dayanacaqdan kənarda düşmək istəyən sərnişin xidmət başında olan sürücünü təhqir edərək, ona əl çantası ilə xəsarət yetirib.

Bildirilib ki, sürücü işdən kənarlaşdırılıb, araşdırmalar davam etdirilir. Əgər sürücünün günahkar olmadığı sübut olunarsa, o işinə geri qaytarılacaq.

Mövzuya psixoloq Edison Quliyev də rəy bildirib. O qeyd edib ki, xidmət sahəsində kütlə ilə işləyən insanlar xüsusilə yoxlanılmalıdır.

avtobus tepik

“İşçinin psixoloji durumu, aqressivliyinə meyilli olub-olmamasına diqqət edilməlidir. Çox təəssüf hazırda müəyyən təcrübəsi olan şəxslər psixoloji sınaq olmadan əmək müqaviləsini davam etdirir. Sürücü işə götürülərkən psixoloqun iştirakı ilə onunla praktiki söhbətlər aparılmalıdır, ünsiyyət mədəniyyəti ilə əlaqədar məsləhətlər verilməlidir. Bütün peşələrdə belə yoxlamalar olmalıdır”.

 

Könül Kərimova

Oxşar xəbərlər

Güclü yağış təsirli oldu

Bugün TV

Sivrihisarlılar “Dünya mirası” olan tarixi Ulu Məsciddə səhər namazı üçün toplaşdı

Bugün TV

İqor Kirillov: “ABŞ Ukraynada kimyəvi maddələrlə təxribat hazırlayır”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu