Bugün.tv Rusiyanın Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, xüsusi hərbi əməliyyata 4 SU-57 təyyarəsi əlavə edilib. Bildirilib ki, radar üçün görünməz “gizli” texnologiyaya malik olan bu təyyarələr eyni vaxtda havaya qalxır və hava hücumundan müdafiə sistemlərini yerdə məhv etdir.
2000-ci illərin əvvəllərində Rusiya tərəfindən hazırlanmağa başlayan və ilk uçuşunu 2010-cu ildə həyata keçirən SU-57 çoxməqsədli beşinci nəsil döyüş təyyarəsi ABŞ-ın istehsal etdiyi F-35 və F-22-nin Rusiyadakı ekvivalenti hesab edilir. .Yüksək manevr qabiliyyətinə malik bu təyyarə ən müasir elektronika ilə radarlara görünməz sayılır. Beşinci nəsil rus təyyarəsinin yuxarı uçuş tavanı 20 kilometrdir. Onun maksimal sürəti təxminən 2600 km/saatdır. Səsdən iki dəfə sürətli hərəkət edən təyyarə həm qırıcı, həm də yüngül bombardmançı kimi istifadə edilə bilər. Hazırda Rusiyanın bu təyyarələrdən yalnız 10-a sahib olduğu təxmin edilir. 2022-ci ilin sonuna kimi daha 12 təyyarənin orduya çatdırılması planlaşd